İranın cənub-şərqində yerləşən Bəlucistan əyalətinin paytaxtı Zahedan şəhəri yaxınlığında günorta saatlarında İran İnqilab Keşikçiləri Korpusunun yüksək rütbəli zabiti güllələnib.
Bu barədə İran KİV məlumat yayıb.
Bildirilir ki, Mollaşaxi adlı SEPAH polkovniki “Bəsic” təşkilatının komandirlərindən biri Cavad Kiha ilə birlikdə avtomobildə güllələnib.
Sosial şəbəkələrdə içərisində iki nəfərin cəsədi olan gülləbaran edilmiş avtomobilin görüntüləri yayılıb.
دقایقی پیش سرهنگ ملاشاهی و بسیجی جواد کیخا توسط افراد ناشناس در #زاهدان مورد اصابت گلوله قرار گرفتند.#مهسا_امینی #اعتصابات_سراسری #فوری pic.twitter.com/xMYuyWpI3n
— R.K (@RK61330889) October 25, 2022