Kadırov qafqazlılara səsləndi: Mən sizə görə utanıram, niyə döyüşə getmirsiniz?

Qafqazlılar Rusiya ordusuna qoşulmaq və Ukraynada “xüsusi hərbi əməliyyat” zonasına xidmət etmək üçün hərbi komissarlıqlarda növbəyə düzülməlidirlər.

Bu sözləri Çeçenistan rəhbəri Ramzan Kadırov öz Telegram kanalında yazıb.

“Mən bütün kişilərə və qadınlara, xüsusən də çeçenlərə və qafqazlılara səslənirəm. Niyə növbələr yoxdur? Qafqazlılar, mən sizi heç başa düşmürəm. Siz birinci olmalı idiniz, çünki bu, ilk növbədə bizə aiddir”, - Kadırov bildirib.

Çeçenistan rəhbərinin sözlərinə görə, Ukraynada baş verənlər “xristianlar və müsəlmanlarla satanizm müharibəsidir”. O hesab edir ki, komissarlıqlarda, alaylarda və taborlarda qafqazlılar daha çox olmalıdır. 

“Mən sadəcə sozə görə utanıram. Çeçenlər bu qədər döyüşürlər, amma biz hələ də azıq. Demək olar ki, bir milyon altı yüz min nəfərik. Bu əhalinin ən azı 300-400 min nəfəri kişidir. Yaş fərq etməz. Ailənizi qorumaq üçün hərbi komissarlıq növbələrində dayanmalısınız”, - deyə Kadırov bəyan edib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ