Lavrov: Rusiyanı məhv etmək istəyirlər

ABŞ başda olmaqla Qərb Rusiyaya qarşı hibrid müharibəsini davam etdirir və ölkəni məhv etmək üçün “Kiyev rejiminə” silah tədarükünü artırır və kəşfiyyat məlumatları verir. Bu barədə çərşənbə axşamı Rusiya mətbuatına Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.

“Qərblilər [Ukrayna prezidenti Vladimir] Zelenskinin cinayətkar rusofobik rejimindən ölkəmizi cilovlamaq üçün rıçaqlardan biri kimi istifadə edirlər”, - Rusiyalı nazir bildirib.

Lavrov hesab edir ki, ABŞ-ın rəhbərlik etdiyi kollektiv Qərb “dünya hökmranlığına doğru tələsir” Rusiyaya qarşı “total hibrid müharibəsi” başladıb. "Düşmənlər öz məqsədlərini xüsusilə gizlətmirlər: Rusiya iqtisadiyyatını məhv etmək, daxili siyasi sabitliyi pozmaq, bizi döyüş meydanında məğlub etmək və son nəticədə çoxəsrlik milli dövlətçiliyi əhəmiyyətli dərəcədə zəiflətmək, hətta məhv etmək", - Lavrov bildirib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ