Ermənistan hakimiyyəti Rusiya Dövlət Dumasının deputatı Konstantin Zatulinin ölkəyə girişinə qadağa qoyub.
Bu barədə Ermənistan Baş naziri Nikol Paşinyanın ailəsinə məxsus “Haykakan Jamanak” qəzeti yazıb.
Konstantin Zatulin Ermənistana girişinə qadağa qoyulduğunu təsdiqləyib. O bunu təhqiramiz addım kimi qiymətləndirib.
“Bizim üçün qəfil oldu, Ermənistan Respublikası Milli Assambleyasının Xarici Əlaqələr Departamentinin rəhbərindən məktub aldıq. Dedilər ki, mənim səfərim arzuolunmazdır və bəyanatlarım Ermənistan üçün zərərlidir”, - deyə Zatulin bildirib.