Ermənistanda “KTMT-dən çıxış” təşəbbüsünün üzvləri parlamentin spikeri Alen Simonyana müraciət ünvanlayaraq dinləmələrin keçirilməsini təklif ediblər.
Bu barədə Ermənistanın “Hraparak” qəzeti yazıb.
Məlumata görə, müraciətin mövzusu Ermənistanın KTMT-dən çıxmasını müzakirə etməkdən ibarətdir.
Qəzet yazır ki, müraciət, həmçinin müxtəlif komissiyaların rəhbərlərinə göndərilib.