Ukrayna şəhərlərini yer üzündən silmək lazımdır - Kadırov narazıdır

Çeçenistanın rəhbəri Ramzan Kadırov Ukraynada keçirilən “xüsusi əməliyyat”ın gedişatından yenidən narazıdır.

“Biz deyirdik ki, Ukrayna ərazisində xüsusi hərbi əməliyyat keçiririk, lakin artıq bizim ərazimizdə müharibə gedir... Əgər maraqlanırsınızsa, mən bundan çox narazıyam”, - Kadırov Telegram kanalında yazıb.

Onun fikrincə, Rusiya Ukraynanın hücumlarına zəif cavab verir. O, daha sərt tədbirlərin görülməsini zəruri hesab edir:

“Məncə, biz Ukrayna Silahlı Qüvvələrinin bu hücumlarına zəif cavab veririk. Əgər Ukrayna mərmiləri ərazimizə düşürsə, buna cavab olaraq onların şəhərlərini yer üzündən silmək lazımdır ki, uzaq üfüq görünsün. Onlar bizim istiqamətdə atəş açmaq haqqında düşünməsinlər”.

Kadırov qeyd edib ki, mövcud vəziyyətdən çox narazıdır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ