Azad Azərbaycan Televiziyasının (ATV) əməkdaşı iş yerində vəfat edib.
Hadisə nahar fasiləsi zamanı telekanalın binasında baş verib. Şirkətdə sürücü kimi işləyən Mustafa adlı şəxsin yemək yeyərkən boğazında qida qalıb. Qida nəfəs borusuna düşdüyündən o boğularaq ölüb.
Əraziyə tibbi yardım və hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Qeyd edək ki, hadisə ilə bağlı ilk məlumatı oxu.az yayıb.
Yenilənib: ATV-də vəfat edən əməkdaş telekanalın Nəqliyyat şöbəsinin müdiri Məmmədov Mustafa olub.
Telekanaldan verilən məlumata görə, o bu gün iş yerində dünyasını dəyişib. Təcili tibbi yardım çağırılıb və hüquq-mühafizə orqanlarına məlumat verilib.