Bu il martın 6-da Bakı şəhəri, Nərimanov rayonu, Malik Məmmədov 12 ünvanında yerləşən yataqxanada baş verən yanğının qəsdən törədildiyi məlum olub.
Buta.media-nın məlumatına görə, “Report” xəbər verir ki, bu jurnalistlərə açıqlamasında Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev deyib.
O bildirib ki, faktla bağlı cinayət işi başlanılıb.
Qeyd edək ki, hadisə nəticəsində 2 nəfər ölmüş, 6 nəfər xəstəxanaya yerləşdirilmişdi.