İlham Əliyev bu gün Gürcüstana işgüzar səfər edəcək

Azərbaycan Prezidenti İlham Əliyev bu gün Gürcüstana işgüzar səfərə yollanacaq.

Bu barədə məlumatı “Sputnik Gürcüstan” yayıb.

Məlumata görə, Şota Rustaveli adına Tbilisi Beynəlxalq Hava Limanında İlham Əliyevin rəsmi qarşılanma mərasimi olacaq.

Dövlət başçısı səfər çərçivəsində Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə görüşəcək.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ