“2020-ci ildə müharibə bitdikdən sonra mina qurbanlarının sayı 262 nəfərə çatıb. Ermənistanın cəzasız qalması yeni cinayətlərə yol açır!”.
Bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) tviter hesabında paylaşım edib.
“Ermənistan minasının daha bir qurbanı, Tərtər rayonunda minanın partlaması nəticəsində 26 yaşlı mülki şəxs yaralanıb. Təəssüf ki, onun hər iki ayağı amputasiya olunub”, - XİN-in paylaşımında vurğulanıb.