Türkiyənin Ədalət və İnkişaf Partiyası sədrinin müavini Binəli Yıldırım və millət vəkili Şamil Ayrımın ölkəmizdə səfərdə olarkən qəzaya düşməsinin səbəbi bəlli olub.
Bu barədə Türkiyənin “Sabah” nəşri məlumat yayıb.
“Prezident Rəcəb Tayyib Ərdoğanın Azərbaycana bir günlük səfər proqramı bitdikdən sonra maşın karvanı Zəngilan Hava Limanı istiqamətində yola çıxıb. Binəli Yıldırımın olduğu nəqliyyat vasitəsinin yeni yola çıxıldığı zaman ön təkəri partlayıb. Buna görə də nəqliyyat vasitəsi qəzaya uğrayıb”, - deyə nəşr qeyd edib.