Amerika Birləşmiş Ştatlarının əsas məqsədi Ermənistan və Azərbaycan arasında münaqişənin sülh yolu ilə həllidir, bunu ABŞ Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant Patel brifinqdə Aİ missiyasından müşahidəçilərin Ermənistan-Azərbaycan münaqişəsinə göndərilməsi sualına cavab verərkən deyib.
“Biz ümid edirik. Dövlət katibi (ABŞ dövlət katibi Entoni Blinken), səfir Riker (ABŞ-ın Qafqaz danışıqları üzrə xüsusi müşaviri, ATƏT-in Minsk qrupunun həmsədri Filip Riker) və başqaları bu məsələni müzakirə edərkən israrla davam edirlər. Prosesdən irəli getmək istəmirəm, lakin əlbəttə ki, bizim son məqsədimiz Ermənistan və Azərbaycan arasında sülh yolu ilə nizamlanmadır”, - Vedant Patel bildirib.