Müşahidə kameralarının yaddaşından götürülən videoörüntülər var.
Buta.media-nın məlumatına görə, bunu Elina Hacıyevanın anası Sevil Hacıyeva deyib.
“Sinif otağında, parta arxasındadır, ətrafdakı partaların arxasında sinif yoldaşları oturub. Dəftəri açır, vərəqə nə isə yazır .
Sonra çantasını qucaqlayıb bir neçə dəqiqə bu vəziyyətdə oturur. Tənəffüs zəngi çalınır, sonra Elina çantasını partanın üstünə buraxıb sinif otağından çıxır. Uzun, darısqal dəhlizin ortasına kimi yeriyir, pəncərənin qarşısında dayanır, əyilib corablarını düzəldir, (halbuki, corabları səliqəli idi), sinfə tərəf baxır, sonra pəncərənin kənarına çıxır, sonra da özünü atır”, - deyə S.Hacıyeva bildirib.
Xatırladaq ki, bir neçə gün əvvəl məktəbin səkkizinci sinif şagirdi Elina Hacıyeva məktəbin üçüncü mərtəbəsindən özünü atıb. O, yaralı halda xəstəxanaya çatdırılıb. Bir neçə gün sonra isə vəfat edib.
Onun məktəbdə şagirdlərin təzyiqi ilə üzləşdiyi, bu səbəbdən də özünü əvvəlcə dərman içərək, daha sonra isə pəncərədən ataraq öldürmək istədiyi qeyd edilir.
Faktla bağlı Azərbaycan Cinayət Məcəlləsinin 125-ci maddəsi (özünü intihar həddinə çatdırma) üzrə cinayət işi açılıb.