Azərbaycanda nişanlısı 16 yaşlı qızın başını kəsdi

Yenilənmə

Bu gün Abşeron rayonu Hökməli qəsəbəsində 16 yaşlı qızın boğazını kəsərək qətlə yetirən şəxs tutulub.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, məscidin qarşısında H.Rəcəbovanı qətlə yetirən şəxsin 1996-cı il təvəllüdlü Həsənov Murad İlham oğlu olması müəyyən edilib. Abşeron RPİ Qobu Polis Bölməsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində o, saxlanılıb.

İlkin araşdırma zamanı məlum olub ki, Murad Həsənov 16 yaşı dekabrda tamam olacaq H.Rəcəbova ilə nişanlı olub. O bildirib ki, hadisəni qısqanclıq zəminində törədib.

Araşdırmalar davam etdirilir.

12:15

Azərbaycanda dəhşətli qətl törədilib.

Lent.az xəbər verir ki, hadisə bir az əvvəl Abşeron rayonunun Hökməli qəsəbəsində qeydə alınıb.

İlkin məlumata görə, 16 yaşlı qızın başını kəsərək öldürüblər.

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində araşdırma aparır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ