İntihar edən məktəbli qızın tükürpədici məktubu üzə çıxdı - MƏTN

Qəbrimin üstünə gəlməyin, məni sağ olanda çox istəyərdiz. Öləndən sonra məni istəməyiniz lazım deyil. Mən sizə lazım deyildim, qəbrimin üstünə gəlməyin.

Buta.media yerli KİV-ə istinadən məlumat verir ki, Elinanın xalası qızı Diana Hacıyeva jurnalistlərə açıqlamasında bildirib ki, bu sözləri dəftərinin bir küncünə aprelin 4-də 162 saylı məktəbin 8-ci sinif şagirdi, Elina Hacıyeva yazıb. 

Diana Hacıyeva bildirib ki, o onunla eyni sinifdə oxuyub:

"Sabahı gün məktəbə getməmişdim, günortaya yaxın anam dedi ki, Elina məktəbdə yıxılıb. Anam mənə onu deyəndə bildim ki, o, yıxılmayıb, özünü atıb. Çünki özünü öldürmək istədiyini tez-tez deyirdi. Deyirdi, məni heç kəs çox istəmir, hamı məni təhqir eləyir”.

Xatırladaq ki, bir neçə gün əvvəl məktəbin səkkizinci sinif şagirdi Elina Hacıyeva məktəbin üçüncü mərtəbəsindən özünü atıb. O, yaralı halda xəstəxanaya çatdırılıb. Bir neçə gün sonra isə vəfat edib. 

Onun məktəbdə şagirdlərin təzyiqi ilə üzləşdiyi, bu səbəbdən də özünü əvvəlcə dərman içərək, daha sonra isə pəncərədən ataraq öldürmək istədiyi qeyd edilir.

Faktla bağlı Azərbaycan Cinayət Məcəlləsinin 125-ci maddəsi (özünü intihar həddinə çatdırma) üzrə cinayət işi açılıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ