Füzuli şəhərində yaşayış binalarının tikinti işlərinə başlanılıb.
“APA-Economics”in əldə etdiyi məlumata görə, binaları tikəcək şirkətlərin 3-ü artıq müəyyənləşib və 3 binanın təməli qoyulub.
Bununla yanaşı, dördüncü binanın tikintisi ilə bağlı tender noyabr ayında keçiriləcək.
Ümumilikdə Füzuli şəhərində 813 mənzildən ibarət 38 bina tikiləcək. Binaların tikintisini isə yerli şirkətlər həyata keçirəcək. Həmin yaşayış binaları 4, 5, 6, 7 mərtəbəli olacaq.
Binaların tikintisinin 2-3 ilə başa çatacağı qeyd olunub.