Binəqədidə həyəcanlı anlar - VİDEO

Bakıda gənc oğlan özünü öldürmək istəyib.

Buta.media-nın məlumatına görə, “Qafqazinfo”nun verdiyi xəbərə görə, həmin şəxs Binəqədi rayonu, 7-ci mikrorayonda yerləşən “Bolluq” bazarının yaxınlığındakı binalardan birinə çıxıb. 

Ətrafdakı vətəndaşlar hadisə barədə müvafiq qurumlara məlumat veriblər. Əraziyə cəlb olunan hüquq-mühafizə orqanları əməkdaşları, mütəxəssislər intihara cəhd edən şəxslə danışıqlar apararaq onu fikrindən daşındırmağa nail olublar. Onun əsəb xəstəliyindən əziyyət çəkdiyi bildirilir. 

Binəqədi Rayon Polis İdarəsindən bildirilib ki, inttihara cəhd edən şəxs saxlanılaraq şöbəyə gətirilib və hazırda dindirilir. Onun özünü öldürmək istəyinin səbəbi hələ ki bəlli deyil, bu, dindirilmə başa çatdıqdan sonra bəlli olacaq.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ