DTX işçisi olmuş icra başçısı kollektivə təqdim olundu

Prezident İlham Əliyevin Sərəncamı ilə Göyçay Rayon İcra Hakimiyyətinin başçısı təyin olunan Natiq Ağayev bu gün Azərbaycan Prezidentinin köməkçisi – Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Zeynal Nağdəliyev tərəfindən rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə kollektivə təqdim olunub.

Təqdimatda Zeynal Nağdəliyev çıxış edib və ölkə başçısının tapşırıq və tövsiyələrini çatdırıb.

N.Ağayev ona göstərilən etimada görə minnətdarlıq edib.

Qeyd edək ki, N.Ağayev bu təyinatadək Dövlət Təhlükəsizliyi Xidmətinin Sumqayıt şəhər şöbəsinin rəisi olub.

O, polkovnik rütbəsində xüsusi xidmət orqanlarında qulluq edib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ