Ramin Hacılı azadlığa çıxdı

Gənc fəal Ramin Hacılı azadlığa çıxıb.

Buta.media-nın məlumatına görə, bu barədə Ramin sosial şəbəkədə məlumat paylaşıb. O,  “Azadlıqdayam! Hər şey yaxşı olacaq!” sözlərini yazıb.

Qeyd edək ki, 2018-ci il iyunun 4-də  gənc fəal Ramin Racılı ölkədən çıxışına qadağa qoyulması səbəbindən qanunsuz yolla Gürcüstan ərazisinə keçməyə cəhd edərkən saxlanılmışdı.

Daha sonra məhkəmə onun barəsində həbs qətimkan seçmişdi. R.Hacılının cinayət işinə məhkəmədə baxılıb və o, azadlığa buraxılıb.

R.Hacılı saxlanılarkən 250 min manat həddində borclarının olmasını, xaricə getməklə bu borcları işləyərək qaytarmağa çalışmaq istədiyini bildirmişdi. 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ