Leyla Abdullayevaya yeni vəzifə verildi - sərəncam

Leyla Yaşar qızı Abdullayeva Azərbaycan Respublikasının Fransa Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilsin.

Bu barədə müvafiq sərəncamı Prezident İlham Əliyev imzalayıb.

Dövlət başçısının digər sərəncamı ilə Rəhman Sahib oğlu Mustafayev Azərbaycan Respublikasının Fransa Respublikasında, eyni zamanda Müqəddəs Taxt-Tacda və Monako Knyazlığında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ