Elçin Tələt oğlu Bağırov Azərbaycan Prezidentinin Protokol xidmətinin rəisi vəzifəsindən azad edilib.
Bu barədə müvafiq sərəncamı Prezident İlham Əliyev imzalayıb.
Dövlət başçısının digər sərəncamı ilə E. Bağırov Azərbaycanın BƏƏ-dəki fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
Daha əvvəl Mahir Əliyev Azərbaycanın BƏƏ-dəki fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.