Bakıda qadın və uşaq küçədə yatır - Araşdırma başladı

Sosial şəbəkələrdə Bakıda qadının azyaşlı uşaqla birgə küçədəki açıq sahədə və məişət tullantılarının olduğu yerdə gecələməsini əks etdirən görüntülər yayılıb.

Görüntülərin Xətai rayonu ərazisində - metronun “Həzi Aslanov” stansiyası yaxınlığında çəkildiyi bildirilir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev “Qafqazinfo”nun  sorğusuna cavab olaraq bildirib ki, sosial şəbəkədə yayılan görüntülərdən məlumatlıdırlar: “Həmin şəxs müəyyən olunub. Onun barəsində qanunamüvafiq tədbirin görülməsi təmin olunacaq”.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ