Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbəsi intihar edib.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, universitetin tələbəsi, 2000-ci il təvəllüdlü Muxtar Qayıbov özünü Aşağı Güzdək qəsəbəsində, yaşadığı evin həyətində asaraq həyatına son qoyub.
Onun hansı səbəbdən intihar etməsi məlum deyil.
Bildirilir ki, M.Qayıbov 3 ay əvvəl nişanlanıbmış. Onun boş vaxtlarında yaşadığı qəsəbədə bərbərlik fəaliyyəti ilə məşğul olduğu deyilir.
Faktla bağlı araşdırma aparılır.