Elinanın intiharı ilə əlaqədar prokurorluq hərəkətə keçdi - FOTO

Paytaxtın 162 nömrəli məktəbində 8 sinif şagirdi Elina Hacıyevanın intihar faktı üzrə istintaq hərəkətləri davam etdirilir.

Buta.media Movqe.az-a istinadən xəbər verir ki, bu gün Elina Hacıyevanın Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə başlamış cinayət işi üzrə şahidlərin və digər zəruri şəxslərin dindirilməsi məqsədilə istintaq hərəkətləri aparılıb.

Bakı Şəhər Prokurorluğunda Elinanın rəfiqəsi Z.Ş (adı şərtidir) və anası ifadə veriblər.

İstintaq davam etdiyi üçün Elinanın rəfiqəsinin və anası ifadəsini açıqlamırıq.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ