Gəncədə qadın boşandığı əri tərəfindən bıçaqlandı

Gəncədə Mağrasa bağı adlanan yaşayış massivində bıçaqlanma hadisəsi baş verib.

"Qafqazinfo"nun xəbərinə görə, şəhər sakini 2002-ci il təvəllüdlü Pərvanə İsmayılova qolunun və bədəninin müxtəlif hissələrində bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib, vəziyyəti kafi qiymətləndirilir.

İlkin məlumata görə, qadın boşandığı həyat yoldaşı Vüsal Rzayev tərəfindən bıçaqlanıb. 

Faktla bağlı araşdırma aparılır. 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ