Bakı-Qazax magistralında su basmış yerlərdə problem aradan qaldırıldı - video

Qaradağda qəzalı ərazidə suyun çəkilərək kənarlaşdırılması işi sona çatdırılıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.

Məlumat verildiyi kimi, Kür-Bakı magistral su kəmərinin Qaradağ rayonundan keçən hissəsində baş vermiş qəza nəticəsində ətraf ərazilərdə baş vermiş subasmanın aradan qaldırılması istiqamətində Fövqəladə Hallar Nazirliyi tərəfindən müvafiq tədbirlərin görülməsi təmin olunub.

Belə ki, FHN-in qüvvələri tərəfindən Bakı-Qazax avtomagistralı boyu su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması işi ötən gecə saatlarında sona çatdırılıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ