Kür-Bakı su xəttində qəza: magistral yolu su basdı - video

Bakıda magistral su kəmərindən qəza baş verib. Hadisə gecə saatlarında Qaradağ rayonunun Lökbatan qəsəbəsində baş verib. Nəticədə Lökbatan qəsəbəsindən keçən avtomobil yolununsu basıb.

“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin Mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı faktı təsdiqləyib.

Qurum rəsmisi bildirib ki, gecə saatlarında ərazidən keçən 1200 mm diametrlik Kür-Bakı su xəttində qəza baş verib: 

“Qəza nəticəsində ətraf əraziləri, o cümlədən Bakı-Qazax avtomagistralını subasma halı baş verib. Hazırda “Azərsu” ASC-nin rəhbərliyi ərazidədir. Əraziyə xüsusi texnika, maşın-mexanizm, suyu kənarlaşdırmaq üçün nasoslar, qəza briqadalarə cəlb olunub, lazımi tədbirlər görülür. Ərazidə “Azərsu”nun əməkdaşları ilə yanaşı, Fövqəladə Hallar Nazirliyi və Baş Dövlət Yol Polisinin əməkdaşları da işləyir”, - deyə o bildirib.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ