Azərbaycanda şagirdlərin barmaq izləri yoxlanılacaq - SƏBƏB

Müəllim və şagirdlərin davamiyyətinin yoxlanılması üçün hər bir məktəbdə barmaq izləri ilə bağlı cihazlar quraşdırılıb.

Bunu mədəniyyət naziri Anar Kərimov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, musiqi və incəsənət məktəblərində bəzi müəllimlər tədris olmadığı halda maaş alıblar:

"Bunun nəticəsində həmin məktəblərdə şagirdlərin və müəllimlərin dərsə gəlib-getməsi prosesinə nəzarət ediləcək. Həmçinin bu nəzarət digər bir problemin aradan qaldırılması da deməkdir. Bəzən olub ki, musiqi və incəsənət məktəblərində tədris olmadığı halda müəllimlər maaş alıblar".

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ