Bakıda sərnişin avtobus sürücüsünü döydü - video

Bakıda sərnişin avtobusunun sürücüsü döyülüb. Hadisə ötən gün axşam saatlarında qeydə alınıb. Lentə alınmış kamera görüntülərində yaşlı sürücünün hələlik kimliyi müəyyən olunmayan şəxs tərəfindən döyüldüyü əks olunub.

Bakı Nəqliyyat Agentliyindən (BNA) bildirilib ki, hadisə oktyabrın 12-də saat 20:14 radələrində “Kənan-2000” MMC-nin istismarında olan 204 nömrəli müntəzəm marşrut xətti üzrə avtobusda baş verib.

Belə ki, sürücü Yaqub İbadovun idarə etdiyi 90 VF 933 dövlət qeydiyyat nişanlı avtobus “Koroğlu” NMM-dən Qala-Ramana istiqamətində hərəkət edərkən 78 nömrəli məktəbin qarşısında 3 nəfər şəxs (2 oğlan, 1 xanım) dayanacaqdan kənar avtobusa minmək istəyib. 

Sürücü avtobusu dayanacaqdan kənar saxlamayaraq təyin olunmuş dayanacaqda dayanıb. Vətəndaşlar sonradan avtobusa minərək dayanacaqdan kənar saxlamadığı üçün sürücü ilə mübahisə edib. Onlardan 1-i sürücüyə fiziki güc tətbiq edərək xəsarət yetirir. Hadisə barəsində daşıyıcı tərəfindən polisə müraciət edilib və araşdırma aparılır.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ