Bakıda sərnişin avtobusu ilə yük maşını toqquşdu - foto

Bakıda Xətai rayonu, metronun “Əhmədli” stansiyasının yaxınlğında  sərnişin avtobusu ilə yük maşını toqquşub.

Hadisə nəticəsində bir neçə sərnişinin yaralandığı bildirilir.

Qəza zamanı 57 saylı xətt avtobusu hərəkətdə olan zaman “KamAZ” markalı yük maşını ilə toqquşub. Daha sonra sərnişin avtobusu idarəetmədən çıxıb və yolun kənarındakı işıqfor dirəyinə çarpılıb. Nəticədə avtobusda olan bir neçə sərnişin xəsarət alıb.

Hadisə yerinə təcili tibbi yardım avtomobili çağırılıb.

Faktla bağlı araşdırma aparılır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ