Bakıda sürət qatarı kişini vurub öldürdü

Bakıda sürət qatarı adamı vuraraq öldürüb. Hadisə ötən gün axşam saat 18:45 radələrində Keşlə dəmir yolu stansiyasının ərazisində qeydə alınıb.

Maşinist Mahir Ağayev və maşinist köməkçisi Pirverdi Həbibovun idarə etdiyi, Sərnişin Daşımaları Departamentinə məxsus “Stadler-EŞ- 019” saylı Biləcəri-Keşlə-Bakı istiqamətində hərəkət edən sürətli elektrik sərnişin qatarı dəmiryolunu keçən A.Məmmədovu vurub.

A.Məmmədov aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ