İlham Əliyev Qırğızıstanda - foto

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 11-də Qırğız Respublikasına dövlət səfərinə gedib.

Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Bişkek şəhərinin “Manas” Beynəlxalq Hava Limanında Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Hava limanında dövlətimizin başçısını Qırğızıstan Prezidenti Sadır Japarov qarşılayıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ