Kürü oğurlayan azərbaycanlı səfirin yerinə təyinat oldu

Diplomat Mahir Əliyev Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərində səfiri təyin olunub.

Buta.media-nın məlumatına görə, haqqin.az xəbər verir ki, M.Əliyev artıq vəzifəsinin icrasına başlayıb.

Bu vəzifədə o, qalmaqallı məşhur Daşqin Şikarovu əvəz edib.

Qeyd edək ki, səfir D.Şikarovun adı biabırçı oğurluq qalmaqalına qarışmışdı. Məlum olub ki,  diplomat Azərbaycan hökumətinin Əbu Dabi hökmdarı Xəlif ibn Zayed əl-Nahayan üçün nəzərdə tutulmuş kürü hədiyyəsini mənimsəyib. Söhbət 10 banka kürüdən gedir. Habelə səfirlikdə 500 min dollara yaxın vəsaitin mənimsənildiyi üzə çıxıb və hazırda bununla bağlı araşdırma aparılır.

Daşqın Şikarov 2016-cı ilin yanvarında Birləşmiş Ərəb Əmirliklərində səfir olub. Ondan əvvəl isə Azərbaycanın Pakistandakı səfiri vəzifəsini tutub.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ