“Qorotdel”in keçmiş idarə rəisi faciəvi şəkildə öldü - foto

Dünən saat 20 radələrində Sumqayıt şəhəri ərazisində ağır yol qəzası baş verib.

Şəhər sakini T.Məmmədov idarə etdiyi “Chevrolet Camaro” markalı avtomobillə dənizkənarı küçədə yolu keçən həmyerlisi Çingiz Alxanlını vurub. Nəticədə piyada hadisə yerində ölüb.

Qeyd edək ki, ehtiyatda olan polis polkovniki Çingiz Alxanlı Bakı Şəhər Baş Polis İdarəsinin Maliyyə İdarəsinin keçmiş rəisidir. O, “FİKA MONTİNO” brendinin yaradıcısı – Fikrət Allahverdiyevin qudası olub.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ