BDU-nun 4 tələbəsi suşidən zəhərlənib

Bakı Dövlət Universitetinin 4 tələbəsi suşidən zəhərlənib.

“Report”un əldə etdiyi məlumata görə, onlar zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzə gətirilib.

KTM-nin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Hidayətoğlu bildirib ki, 4 nəfərdən biri artıq evə buraxılıb.

Onun sözlərinə görə, yerdə qalan 3 nəfər isə müvafiq şöbəyə yerləşdirilib: 

“Onların mədəsi yuyulub, sistem köçürülüb, vəziyyətləri orta-ağırdır. Tələbələrin özlərinin dediyinə görə, dünən saat 16.30 radələrində universitetin qarşısında suşi yeyiblər və suşidən zəhərləndikləri ehtimal olunur. Tələbələrin hamısı qızdır”.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ