Tolik Elinanın direktorundan yazdı: Sən müdirə adına layiq deyilsən

İntihar edən məktəbli Elina haqqında direktorun nalayiq ifadələr işlətməsi aparıcı Tarix Əliyevi də qəzəbləndirib. 

Buta.media-nın məlumatına görə, Tolik həmin müdirənin işdən azad edilməsini tələb edib:

"Bu müdirəni işdən çıxarsınlar. Sən kimsən, boşanmış ailələrin övladlarına pozğun deyirsən? Təhsil Nazirliyi bu xanımı işdən azad edər. Sən müdirə adına layiq deyilsən. Mən bu məsələni sabah efirimdə işıqlandıracağam. Uşaqlar məktəbə təhsil almağa gedir. Belə müdirələr məktəblərdən azad edilməlidir".

Qeyd edək ki, Qeyd edək ki, səs yazısında direktor ona müraciət edənlərə Elinanın pozğun və uğursuz ailənin övladı olduğunu, anasının ikinci dəfə ailə qurduğu, ikici nikahdan kiçik uşaqları olduğuna görə Elina ilə maraqlanmadığını yazmağı xahiş edib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ