Bakıda sevgilisi ilə dalaşan qız faciəvi şəkildə öldü

Bakıda gənc qız bədbəxt hadisə nəticəsində ölüb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə oktyabrın 2-də, gecə saatlarında Xətai rayonu, Ağ şəhər ərazisində baş verib.

1994-cü il təvəllüdlü A.Cəfərova Ağ şəhər yaxınlığında qeyri-rəsmi nikahda yaşadığı şəxslə görüşüb və onların arasında münaqişə baş verib. Bu zaman 28 yaşlı qız qaçaraq yaxınlıqda tikilməkdə olan binaya çıxıb. O, ikinci mərtəbədə olarkən ayağının altındakı taxta sınıb və aşağı mərtəbəyə yıxılıb. Ağır vəziyyətdə xəstəxanaya çatdırılan A.Cəfərova orada vəfat edib.

Faktla bağlı Xətai Rayon Prokurorluğunda araşdırma aparılır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ