Elina oğlanın zəngindən sonra özünü atdı - VİDEO

Özünü Bakıda 162 nömrəli məktəbin üçüncü mərtəbəsindən atan səkkizinci sinif şagirdi Elina Hacıyevanın yaxın rəfiqəsi jurnalistlərə açıqlamasında bildirib ki, məktəbin direktoru, direktor müavini və sinif rəhbəri tərəfindən təhdidlərə məruz qalır.

Buta.media-nın məlumatına görə, qız qeyd edib ki, onlar məktəb direktorunun, direktor müavininin və sinif rəhbərinin işdən çıxarılmasına çalışırlar.

“Onlar məni ittiham edirlər və deyirlər ki, bizim evə prokurorluq nümayəndələri gələcəklər”, - qız deyir.

Onun sözlərinə görə, Elina son vaxtlar danışdığı oğlanın zəngindən sonra özünü pəncərədən atıb.

“Mən istəyirəm ki, həmin oğlan layiqli cəzasını alsın, çünki Elinanı o intihar həddinə çatdırıb”, - məktəblinin rəfiqəsi deyib.

Qız həmçinin qeyd edir ki, həmin oğlan Elina ilə dostluq etməyinə baxmayaraq, onunla bağlı videolar paylaşırdı, sosial şəbəkələrdə lağa qoyurdu.

Xatırladaq ki, hadisə aprelin 4-də baş verib. Hadisə baş verdikdən dərhal sonra məktəbli qızın üçüncü mərtəbədən bədbəxt hadisə nəticəsində yıxıldığı bildirilirdi. Daha sonra isə məlum oldu ki, qız psixoloji təzyiqlərə görə intihara əl atıb.

İnsidentdən dərhal sonra E.Hacıyeva Kliniki Tibbi Mərkəzə (keçmiş Semaşko) çatdırılıb.

Məktəblinin yaxınları iddia edirlər ki, bir sutka onun ağır vəziyyətdə olduğunu yaxınlarından gizlədiblər. Nəticədə isə qızcığaz bir sutka sonra həmin xəstəxanada dünyasını dəyişib.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ