Azərbaycan polisi xanım sürücünü belə xilas etdi - video

Paytaxtda polislər sükan arxasında halı pisləşən qadın sürücüyə yardım edib. 

Hadisə ilə bağlı görüntülər Daxili İşlər Nazirliyinin sosial media hesabında yayılıb. 

Görüntülərdə sükan arxasında əyləşən qadının halının qəflətən pisləşməsi, daha sonra isə ürəktutma halı yaşaması əks olunur. Polislər cəld reaksiya göstərərək həmin qadına ilkin yardım göstərib, onu avtomobildən çıxarırlar.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ