Şamaxıda sel suları körpünü dağıdıb

Şamaxı rayonunda Pirsaat çayına gələn güclü sel təsərrüfatın ayrı-ayrı sahələrinə ziyan vurub.

Buta.media ONA-ya istinadən xəbər verir ki,  bu gün sel suları rayonun Sabir qəsəbəsindən keçən Pirsaat çayının üzərindəki avtomobil körpüsünün bir hissini dağıdıb, hazırda nəqliyyatın hərəkətində çətinlik yaranıb.

Sel suları çay kənarındakı bir neçə elektrik dirəyini aşıb, içməli su xəttinə ziyan vurub.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ