DİN-dən Bakıda saxlanılan maskotla bağlı - açıqlama

Daxili İşlər Nazirliyi Bakının Nizami küçəsində maskot kimi fəaliyyət göstərən şəxs (cizgi filmi qəhrəmanı olan siçan geyimində) barədə açıqlama verib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev bildirib ki, maskot kimi xidmət göstərən şəxsin fəaliyyətinin məhdudlaşdırılması qanunla tənzimlənir:

“Küçədə hansısa ödəniş müqabilində lisenziyalaşdırılmayan fəaliyyət qanunsuz hesab edildiyi üçün inzibati xəta - küçə ticarətinin tərkib əlamətlərini yaradır. Səbail rayonu, Nizami küçəsində qanunsuz fəaliyyət göstərən şəxsə bu əməllə bağlı dəfələrlə edilən xəbərdarlıqlara, iradlara məhəl qoymadığı həmçinin müvafiq polis orqanına dəvət edilən zaman polisin qanuni tələbinə qəsdən tabe olmadığı üçün barəsində inzibati tənbeh tədbiri tətbiq olunub”.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ