Sinoptiklər xəbərdarlıq edir - Güclü külək əsəcək

Bakıda və Abşeron yarımadasında sentyabrın 29-dan 30-u səhərədək şimal-qərb küləyinin 15-20 m/s, bəzi yerlərdə arabir 23-25 m/s-dək güclənəcəyi gözlənilir. Havanın temperaturu gecə 18-20, gündüz 25-28 dərəcə isti olacaq. Bakıda gecə 18-20, gündüz 25-27 dərəcə isti olacaq.

Bu barədə Milli Hidrometeorologiya Xidmətinin məlumatında deyilir.

Azərbaycanın rayonlarında sentyabrın 29-dan 30-u səhərədək əsasən dağlıq və dağətəyi rayonlarda qərb küləyinin arabir 20-25 m/s-dək güclənəcəyi gözlənilir.

Havanın temperaturu gecə 14-18, gündüz 28-32, dağlarda gecə 5-10, gündüz 14-19 dərəcə isti olacaq.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ