Azərbaycanda “iPhone 14”ün qiyməti açıqlandı: Sifarişlərə start verilib - foto

Azərbaycanda “iPhone 14” və “iPhone 14 Pro” smartfonlarının qiyməti açıqlanıb.

Buta.media-nın məlumatına görə, artıq bu gündən etibarən Azərbaycanda yeni məhsulların öncədən sifarişinə start verilib. 

Belə ki, sifariş rəsmi resellerlərdə - Alma Store, Kontakt Home, Baku Electronics, Irshad, Maxi.az, Myshops, Shopstore, Soliton mağazalarında rəsmiləşdirilə bilər.

“iPhone 14” qiyməti 2 339 AZN-dan başlayır.

 “iPhone 14 Pro”-nun qiyməti 2 949 AZN-dan  başlayır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ