Bakı şəhərində iki yeniyetmə küçədə gecələyir.
Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb. Bildirilib ki, Səməd Vurğun küçəsində iki oğlan küçədə yatır.
Məsələ barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyindəki Sosial Xidmətlər Agentliyinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Murad Həşimov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, artıq əməkdaşlar əraziyə yönləndiriliblər:
“Məsələ araşdırılır”.