Bakı məktəblərində rus bölmələrini bağlamağa başladılar

Bakıda yerləşən Şuşa şəhər 1 nömrəli tam orta məktəbin rus bölməsi bağlanır.

Buta.media-nın məlumatına görə, bu barədə haqqın.az-a məktəbdə oxuyan şagirdlərin valideynləri deyiblər.

Məlumata qeyd olunur ki, 1 saylı Şuşa məktəbi 2015-ci ildən Yeni Yasamalda fəaliyyət göstərir. Təhsil ocağında tədris həm rus, həm də azərbaycan dilində keçirilib. Lakin məktəb rəhbərliyi bildirib ki, növbəti ildən rus bölməsinə qəbul dayandırılacaq. Rus bölməsində oxuyanlara isə digər məktəblərdə təhsili davam etmək tövsiyə olunub, çünki rus bölmələri məktəbdə ləğv olunur.

Onlar qeyd edirlər ki, şagirdləri həmin rayonda yerləşən 286 nömrəli məktəbə təhsili davam etməyini təklif edirlər. Valideynlər qeyd edirlər ki, təhsil ocağı onların yaşadığı yerdən çox uzaqdır, üstəgəl həmin məktəbdə onsuzda rus bölməsində hər sinifdə 30-40 nəfər oxuyur. İndi isə 50 - 60 nəfər olacaq.

Bildirilir ki, hazırda 1 nömrəli tam orta məktəbə rus bölməsində oxuyan 300 yaxın şagirdin taleyi naməlum olaraq qalır.

Qeyd edək ki, məsələ ilə bağlı təhsil naziri Ceyhun Bayramova müraciət olunub.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ