Hikmət Hacıyev Azərbaycan-Ermənistan münasibətlərini Donfridlə müzakirə etdi

Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması prosesinin hazırki vəziyyəti, sülh müqaviləsi, sərhədlərin delimitasiyası ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfridlə müzakirə olunub.

Bu barədə Azərbaycan Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev şəxsi tviter hesabında yazıb.

“H.Hacıyev və K.Donfried arasında keçirilmiş görüşdə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması prosesinin hazırki vəziyyəti, sülh müqaviləsi, sərhədlərin delimitasiyası və nəqliyyat məsələləri, o cümlədən Azərbaycan-ABŞ ikitərəfli strateji əlaqələrinin inkişaf perspektivləri müzakirə olundu”, - deyə məlumatda bildirilir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ