Azərbaycanda havanın temperaturu 34 dərəcəyədək yüksələcək

Yaxın günlər ərzində Bakıda və Abşeron yarımadasında havanın temperaturu tədricən yüksələcək.

Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib ki, yaxın günlər ərzində ölkə ərazisində havanın mülayim, əsasən yağmursuz keçəcəyi, sentyabrın 27, 28, 29 və 30-da əsasən gecə və səhər saatlarında duman olacağı gözlənilir.

O qeyd edib ki, mülayim cənub-şərq küləyi üstünlük təşkil edəcək: "Bakıda və Abşeron yarımadasında sentyabrın 27, 28, 29 və 30-da havanın temperaturunun tədricən yüksələcəyi, 24-27, dağlıq rayonlarda 17-22, aran rayonlarında isə 30-34 dərəcəyədək isti olacağı gözlənilir".

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ