BDU-ya yeni rektor təyin edildi – FOTO

 

BDU-ya yeni rektor təyin edilib.

 

Bununla bağlı İlham Əliyev sərəncam imzalayıb.

 

Sərəncama əsasən Elçin Səfəralı oğlu Babayev Bakı Dövlət Universitetinin rektoru təyin edilib.

 

Elçin Babayev fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru, dosentdir. Təyinatadək AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR) elmi işlər direktor müavini, “ŞAR Kosmik plazma və Heliogeofiziki problemlər” şöbəsi şöbəsinin rəhbəri vəzifələrində çalışıb.

Helioseysmologiya və Günəş atmosferində rəqslər və dalğaların tədqiqi üzrə silsilə nəzəri işlər yerinə yetirib. Ağırlıq qüvvəsi və maqnit sahəsi nəzərə alınmaqla güclü dərəcədə qeyri-bircins olan plazmada qeyri-adiabatik maqnit-akustik-qravitasiya (MAQ) dalğalarının yayılması və transformasiyası nəzəriyyəsini işləyib-hazırlayıb.

2018-ci il martın etibarən Bakı Dövlət Universitetinin rektoru vəzifəsini icra edib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ