Azərbaycanın 10 milyonuncu sakini anadan olub.
Bu barədə Buta.media-ya Səhiyyə Nazirliyindən məlumat verilib.
Qeyd olunur ki, 2019-cu il aprelin 6-da saat 03:30-da Bakı şəhərində ölkənin 10 milyonuncu sakini doğulub.
Səhiyyə Nazirliyindən və Dövlət Statistika Komitəsindən bildirilib ki, Azərbaycan vətəndaşları Rauf Həsənovun və Nigar Ocaqovanın ailəsində doğulan qız uşağının çəkisi 3,6 kiloqram, boyu 52 santimetrdir.