Xəbər verdiyimiz kimi, ötən gün Bakının Maştağa qəsəbəsində 2 piyadanın ölümü ilə nəticələnən ağır yol qəzası baş verib.
Buta.media-nın məlumatına görə, Firdovsi Eyvazov idarə etdiyi “KamAZ” markalı, 99-XD-495 dövlət qeydiyyat nişanlı yük maşını ilə piyadaları vurub.
Nəticədə Dövlət Gömrük Komitəsinin əməkdaşı, Rəsulova Sevgi Arzu qızı və Dövlət Gömrük Komitəsinin Akademiyasının 2-ci kurs tələbəsi, 2004-cü il təvəllüdlü Əzizli Elvin Şahin oğlu hadisə yerində vəfat edib.
Qəza nəticəsində həyatını itirənlərdən Sevgi Rəsulova Azərbaycan Texniki Universitetinin II kurs magistr tələbəsi olub.